|
Article in other languages:
|
Astronómiya (Yunanca, "astron" (ἄστρον) "ulduz" və nomos (νόμος) "qanun") - Səma cisimləri (Qalaktikalar, ulduzlar, planetlər, kometlər), onların sistemlərinin hərəkəti, quruluşu, mənşəyi və inkişafını öyrənən elmdir. Astronomiya qədim tarixə malikdir. Astronomiyaya aid ilk elementar məlumatlar minlərcə il bundan əvvəl Babildə, Misir və Çində məlum idi. Qədim zamanlarda astronomiya bir sıra elmlərin məcmuuna deyilirdi. Bunların içində naviqasiya, meteorologiya və hətta astrologiya da vardı. Günümüzdə Astronomiya dedikdə əsas olaraq Astrofizika başa düşülür. Astronomiya iki yerə bölünür: Nəzəri və Vizual Astronomiya. Astronomiya Astrologiya ilə qarışdırılmamalıdır. Hər ikisi də ortaq terminləri paylaşsalar da, və ortaq kökə sahib olsalar da tamamilə ayrıdırlar.
Tarixi inkişafAntik DövrAstronomiya müasir təbiət elmlərinin ən qədimidir. Ehtimal ki, təqvimə olan ehtiyacla birlikdə ortaya çıxmışdır. Qədim zamanların astronomları rahiblər, şamanlar, druidlər və kahinlər idi. O zaman astronomiya daha çox astrologiya ilə bütün hesab olunurdu. Bəzi fərziyyələrə görə Stonheng, Mesopotamiyadakı Ziqquratlar, Máyaların və Çinlilərin pilləli piramidaları ən qədim rəsədxanalar idilər. Máya təqvimləri bu gün belə, çox dəqiq hesab olunur. Eynilə Çin ulduz kataloqları da qədim astronomik hadisələri öyrənmək üçün qiymətli mənbədir. Qədim ZamanlarYunan alimləri Astronomiyanın inkişafına xüsusi töhfələr vermişlər. Aristotel, Ptolomey, Hipparx, Fales, Aratos digər elmi kəşflərlə yanaşı astronomiya ilə də məşğul olurdular. Ptolomey planetlərin ilgəkşəkilli hərəkətlərini izah edə bilmək üçün Geosentrik Nəzəriyyəni işləyib hazırlamışdı. Geosentrik NəzəriyyəRoma İmperiyasının süqutundan sonra Avropada elmi inkişaf dayandı. Klassik dövr astronomik məlumatları unuduldu və Xristianlığın dəstəklədiyi qeyri elmi nəzəriyyələr yayılmağa başladı. Lakin bu dövrdə müsəlman və hind alimləri astronomik müşahidələr aparır və Antik Yunan müəlliflərinin elmi əsərlərini Ərəbcəyə çevirirdilər. Xaç yürüşləri zamanı müsəlman alimlərinin əsərləri də Avropada tanınmağa başlandı. Kilsə bu yeni bilgilərlə barışmaq istəmirdi. Geosentrik sistemi qəbul etməyən alimlər təqib olunurdu. Heliosentrik NəzəriyyəNikolay Kopernik tərəfindən 1543cü ildə nəşr olunan De revolutionibus orbium coelestium (Göy cisimlərinin fırlanmasına dair) əsəri Astronomiya tarixində inqilab sayılır. Kopernik sisteminə görə, yer öz oxu ətrafında və digər planetlərlə birlikdə günəş ətrafında fırlanırdı. Bu iddia kilsənin Yer kainatın mərkəzidir tezisinə qarşı olduğundan fəlsəfi və dini çevrələrdə böyük hay küy qopmasına səbəb oldu. Kopernikin iddiası bu idi ki onun sistemi hesablamaları asanlaşdırır. O həmçinin planetlərin siderik periodlarını (Günəş ətrafındakı tam dövr) və onların günəşə qədər olan məsafələrini Astronomik Vahid olaraq hesablamışdı. Braxe və KeplerQaliley DövrüNyuton DövrüMüasir AstronomiyaXarici keçidlər
بو مقاله، تورک-عرب الیفباسینداکی آسترونومی یا مقاله سینین قارشیلیغی دیر.
Questions for article: artikulong agham, astranomiya, katangiang pisikal ng daigdig, las estreyas, reseptores |
This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.
IHS Europe: Infrared Heating Systems for Home and Business.